Mariya Stadnik U-15 və U-17 yaş qruplarından ibarət güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadn məlumat verir.
Xəbərdə bildirilir ki, qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıblar.
Toğrul Əsgərov əvvəlki kimi böyüklər və U-23 milli komandasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Xatırladaq ki, ötən ilin əvvəlində karyerasını başa vurmuş Mariya Stadnik həmin vaxt Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilmişdi.
Mariya Olimpiya mükafatçısı, dünya və Avropa çempionudur.

