RU

Cənubi Koreyada dəhşətli meşə yanğınları - 3 gündür davam edir

Cənubi Koreyanın Cənubi Gyeongsang əyalətində 3 gündür meşə yanğınları davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 3 gün ərzində, ümumilikdə, 190 hektar sahə yanıb.

Hamyang bölgəsində 21 fevralda başlayan meşə yanğınları hələ də davam edir. 

Alovların yaşayış sahələrinə yayılmasının qarşısını almaq məqsədilə dünən gecə saatlarında bölgəyə 105 yanğınsöndürmə avtomobili və 603 əməkdaş göndərilib. Həmçinin, 51 helikopterin göndəriləcəyi açıqlanıb.

Избранный
11
manset.az

1Источники