Meksikada federal təhlükəsizlik qüvvələri, Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes-i öldürüb.
Turkustan.az xəbər verir ki, Xalisko ştatının Puerto Vallarta şəhərindən çəkilmiş görüntülərdə səmanın qatı tüstü ilə dolduğu, avtobus terminallarında silah səsləri və partlayışlar səbəbindən panik və qorxu hiss olunur.
Milli medianın məlumatına görə, CJNG-yə qarşı hərbi əməliyyat Xalisko ştatının paytaxtı Qvadalaxaradan təxminən 130 kilometr cənubda yerləşən Tapalpa şəhərində həyata keçirilib.
Hakimiyyət orqanları hələlik əməliyyatla bağlı təfərrüatlar açıqlamayıb, lakin CJNG lideri El Mençonun toqquşmada öldürüldüyünü bildirib.
El Mençonun öldürülməsi ştatda böyük bir zorakılıq dalğasına səbəb oldu.
Əməliyyatdan sonra, ehtimal ki, cinayətkar təşkilatın qisası olaraq, Xaliskoda və bir sıra digər ştatlarda çoxsaylı yol blokadaları və nəqliyyat vasitələrinə və müəssisələrə qarşı yanğın hücumları baş verdi.
Mediada və sosial mediada paylaşılan görüntülərdə Xalisko, Miçoakan, Kolima, Nayarit, Aquaskalientes və Tamaulipas ştatlarında nəqliyyat vasitələrinin yandırıldığı və tüstü qalxdığı, Quanaxuatoda isə bəzi müəssisələrin yandırıldığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az