RU

"Üçüncü Dünya Müharibəsi artıq başlayıb" - Zelenskidən dünyanı sarsıdan açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni açıqlamaları gündəm olub. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski paytaxt Kiyevdə BBC-yə verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna lideri Putinin Üçüncü Dünya Müharibəsini çoxdan başladığını iddia edərək Putini geri addım atmağa məcbur etmək üçün tək həll yolunun güclü hərbi və iqtisadi təzyiq olduğunu qeyd edib.

Zelenski, "Putinin müharibəni çoxdan başladığına inanıram. Əsas sual, nə qədər ərazi ələ keçirə biləcəyi və onu necə dayandıra biləcəyimizdir. Rusiya dünyaya fərqli bir yaşam tərzi tətbiq etmək və insanların özləri üçün seçdikləri həyat tərzlərini dəyişdirmək istəyir", - deyə bildirib.


Избранный
3
manset.az

1Источники