RU

Dövlət qurumu 35 min manata qeyri-yaşayış sahəsi icarəyə götürdü - TENDER

“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti qeyri-yaşayış sahəsinin icarəsi xidmətlərinin satın alınmasıdır. Müqavilənin məbləği 34 538 manat təşkil edir.

Müqavilə "İnzibati Binaların İstismarı Mərkəzi" MMC (VÖEN – 1700161461) ilə bağlanıb.

Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl Azərbaycan Respublikasının Energetika Nazirliyinin Hökümət evi inzibati binasında kommunal və istismar xidmətlərinin alınması ilə bağlı keçirdiyi 285 508 manatlıq satınalmanın da qalibi olub.

Избранный
14
fed.az

1Источники