Rusiyada 1 mart 2026-cı il tarixindən etibarən aviabiletlərin qaytarılması qaydaları və uçuş gecikmələri zamanı sərnişin hüquqları ilə bağlı yeni tənzimləmələr qüvvəyə minir.
"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləməyə əsasən, uçuş 30 dəqiqədən çox gecikərsə, sərnişinlər hətta qaytarılmayan (non-refundable) biletlərini belə geri qaytara biləcəklər.
Yeni qaydalar gecikmə hallarında aviaşirkətlərin öhdəliklərini də dəqiqləşdirir:
Yeni tənzimləmənin ən mühüm maddələrindən biri də uşaqlı ailələrə aiddir. Aviaşirkətlər artıq uşağı valideyninin yanında oturtmaqla öhdəlikləri var və bu oturacaq seçimi üçün ödəniş tələb edə bilməzlər. Bir ildən artıqdır ki, tövsiyə xarakteri daşıyan bu tətbiq artıq məcburi hala gəlir.
Yeni qaydalarla birlikdə, sərnişinin gediş təyyarəsinə gecikməsi halında dönüş biletinin avtomatik ləğv edilməsi təcrübəsinə son qoyulur. Artıq sərnişinlər gediş biletindən istifadə etməsələr belə, dönüş biletlərindən yararlana biləcəklər.
Yeni tənzimləmə çərçivəsində əl yükünün ölçülərində dəyişiklik edilib. Tibbi ləvazimatların daşınması asanlaşdırılıb, əlil sərnişinlərə aid avadanlıqların daşınması ilə bağlı qaydalar genişləndirilib.
Bütün Rusiya Sərnişinlər Birliyinin rəhbəri İlya Zotov qeyd edib ki, yeni tənzimləmələr böyük ölçüdə artıq tətbiq olunan qaydaları hüquqi zəminə oturdur. Zotovun fikrincə, dəyişikliklər aviaşirkətlərə əlavə xərc gətirməyəcək, lakin qanunların daha aydın şərh olunmasını və sərnişinlərin xeyrinə qərarlar qəbul edilməsini təmin edəcək.