RU

80 yaşı var, 60 ildir yatmır FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Thai Ngoc adlı 80 yaşlı Vyetnam sakininin təxminən 60 ildir yatmadığı iddiası tibb dünyasında maraq və müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, o, 1960-cı illərdə keçirdiyi ağır qızdırmalı xəstəlikdən sonra yuxu qabiliyyətini tamamilə itirdiyini bildirir.

Ngocun sözlərinə görə, həmin dövrdən etibarən nə gecə, nə də gündüz yata bilir və daim oyaq vəziyyətdə qalır. O, gecələrini əsasən tarlada işləməklə və fiziki işlə məşğul olmaqla keçirdiyini deyir.

Mütəxəssislər isə qeyd edirlər ki, normal şəraitdə insan orqanizmi bir neçə günlük yuxusuzluqdan sonra ciddi fiziki və psixoloji problemlərlə üzləşir. Uzunmüddətli yuxusuzluq isə həyati təhlükə yarada bilər. Buna baxmayaraq, Ngocun gündəlik fəaliyyətini davam etdirməsi və səhhətində ciddi problem müşahidə olunmaması bu halı qeyri-adi edir.

Bəzi alimlər ehtimal edirlər ki, o, fərqinə varmadan gün ərzində çox qısa müddətli "mikroyuxular" yaşayır. Lakin Ngoc bu iddiaları qəbul etmir və hər zaman tam ayıq olduğunu bildirir.

Hazırda mütəxəssislər onun beyin fəaliyyəti və maddələr mübadiləsinin xüsusiyyətlərini araşdırmağa çalışırlar. Bununla belə, iddianın elmi cəhətdən tam təsdiqlənmədiyi və əlavə tibbi araşdırmalara ehtiyac olduğu vurğulanır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
4
news.milli.az

5Источники