RU

Evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi – Video + Foto 

Ajans.az xəbər verir ki, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları tərəfindən 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Həmin xətdən qidalanan abonentlərin su təminatı bərpa edilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunur. Hazırda quraşdırma işləri davam etdirilir. 
Rəşid Bağırov küçəsində yaşayan sakinlərin abonent birləşmələri bərpa olunur. 
Xüsusilə diqqətə çatdıraq ki, içməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Избранный
7
24
Ajans.az

10Источники