RU

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Trans Xəzər boru kəməri layihəsini dəstəkləyir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 fevral, AZƏRTAC

Türkmənistanın qaz ixracatı boru kəməri infrastrukturunun olmaması səbəbindən məhdudlaşıb və xaricə satılan qazın əksəriyyəti Çinə gedir. AZƏRTAC xəbər verir ki, “Əl Ərəbiyə” telekanalına müsahibəsində bu fikri ifadə edən Türkmənistan Xalq Məsləhətinin sədri, Milli Lider Qurbanqulu Berdiməhəmmədov qlobal şirkətlərin Türkmənistan qazını enerjiyə ehtiyacı olan Cənubi Asiyaya daşımaq layihəsində iştirak etməyə hazır olduqlarını bildirib.

Qurbanqulu Berdiməhəmmədov fevralın 22-də verdiyi müsahibədə Türkmənistanın əsas məqsədinin dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının ixracını şaxələndirmək olduğunu deyib. “Reuters” yazır ki, əsasən səhrada yerləşən və təxminən 7 milyon əhalisi olan Türkmənistanın qaz ixracatı boru kəməri infrastrukturunun olmaması səbəbindən məhdudlaşıb. Bu ölkənin xaricə satdığı qazın əksəriyyəti Çinə gedir.

Xalq Məsləhətinin sədri bildirib ki, beynəlxalq şirkətlər ölkənin qazını Əfqanıstan, Pakistan və Hindistandakı enerjiyə ehtiyacı olan bazarlara çatdıracaq TAPI boru kəməri layihəsində iştirak etməyə dəvətlidir. Onun sözlərinə görə, boru kəmərinin Əfqanıstanın Herat şəhərinə qədər olan ilk hissəsi 2026-cı ilin sonlarında başa çatdırılacaq. O əlavə edib ki, ABŞ tərəfindən dəstəklənən layihə Əfqanıstan, Pakistan və Hindistan arasında uzun müddətdir davam edən gərginliyi aradan qaldırmalıdır.

Qurban Berdiməhəmmədov, həmçinin bildirib ki, Türkmənistan ölkə qazını Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya daşıyacaq Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
azertag.az

3Источники