RU

Tanınmış müğənni paylaşım etdi: Narazılıq yaratdı - Silməyə məcbur oldu

UNİCEF-in uşaq hüquqları müdafiəçisi Hadisə sosial media istifadəçilərinin tənqidindən sonra Ramazan ayı üçün hazırladığı ianə videosunu sosial media hesabından silib.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, həmin videoda Hadisə “Bu Ramazanda dünyanın heç bir yerində ac uşaq qalmasın" dedikdən ölkə adları sadalayıb: "Türkiyədən Qəzzaya, Sudandan Afrikanın ən uzaq kəndlərinə… İanənlə uşaqlara ümid ol”.

Bəzi sosial media istifadəçilər diqqəti Türkiyənin “yardıma möhtac ölkə” kimi göstərilməsinə yönəldiblər.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş katibi Eyyüp Kadir İnan da Hadisəyə təpki göstərib: “Vay zavallı vay! İllərlə Belçika vətəndaşlığının arxasında gizlənib, konsertlərindən bu ölkəyə 0,01 TL vergi ödəməyən, şirkətlərini xaricdə quran, gəlirini Avropaya daşıyan bir vergi qaçaqçısı, Türkiyəni kiçik göstərməyə çalışır. Öz ölkəsinin qlobal gücündən xəbərsiz olub bu əzikliklə yaşayanlar, Türkiyənin böyüklüyü qarşısında artıq bir sənətçi deyil, bu əziz millət üçün sadəcə bir utanc nişanəsidir”.

Sosial media istifadəçiləri Hadisənin bir neçə il əvvəl Belçika mətbuatına verdiyi müsahibədə dediyi sözləri xatırladıblar: “Mən türk deyil, belçikalıyam. Uşağımı Belçikada doğub burada böyüdəcəyəm… Türkiyədə sağ qalmaq üçün mübarizə aparmaq lazımdır. Türkiyədə pul qazansam da, Belçikaya dönəcəyəm”.

Qakmaqaldan sonra Hadisə vurğulayıb ki, videonun mətnini ona UNICEF göndərib və məqsəd “Ramazanda xeyriyyəçiliyi birlikdə böyütmək” olub.

O deyib: “Mən bu vətənə aşiq bir qadınam. Türkiyənin həqiqətlərini bilən, onları görməzlikdən gəlməyən, həmişə həllin bir parçası olmaq istəyən bir qadınam. Ramazanda hamımızın qəzəbli ifadələrdən və düşmənçiliyi təşviq edən duyğulardan uzaq durmasını diləyirəm”.

O əlavə edib ki, yardıma ehtiyacı olan uşaqlar və ailələr üçün Türkiyə dövlətinin və xeyriyyə təşkilatlarının fəaliyyəti “çox qiymətlidir və bağışların real fərq yaratdığına şahiddir”.

"Cebheinfo.az"

Избранный
2
3
cebheinfo.az

4Источники