RU

Ronaldinyo: “Futbola 90 dəqiqə baxmaq mənə çox uzun gəlir”

Braziyalı ötənlərin məşhur futbolçusu Ronaldinyo futbol izləməyi çox da sevmədiyini etiraf edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

Braziliyalı sabiq ulduzun sözlərinə görə, o, əsasən matçların qısa icmallarına üstünlük verir və yalnız xüsusi qarşılaşmaları tam izləyir.

“Futbol izləməyi xoşlamıram. Mənə yalnız oyunun əsas epizodları maraqlıdır. Final matçı və ya derbi deyilsə, 90 dəqiqə baxmaq həddən artıq çoxdur”, – deyə Ronaldinyo bildirib.

O əlavə edib ki, matçlara baxarkən bəzi epizodlar onu əsəbiləşdirir: “Bəzən düşünürəm ki, bu futbolçu necə belə ötürməni verə bilmədi? Belə məqamlar məni əsəbiləşdirir”.

Qeyd edək ki, Ronaldinyo futbol tarixinin ən texnikalı və yaradıcı oyunçularından biri hesab olunur.

Избранный
20
veteninfo.az

1Источники