RU

Tez-tez yayımı dayandırıldığı üçün televiziyanın lisenziyası ləğv edilə bilər? – RƏSMİ

Bakı. Trend:

Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyətgöstərən müxtəlif televiziya kanallarının yayımının müvəqqətidayandırılması ilə bağlı müvafiq qərarlar qəbul etməsinin şahidioluruq. Yayımın dayandırılması müddəti adətən bir neçə saat olsada, bu, 24 saat da təşkil edə bilir.

Qurumun yaydığı press-relizlərdə qayda pozuntusuna yol verənteleşirkətlərin adı bəzi hallarda eyninilik təşkil edir. Belə ki,hansısa telekanalın müxtəlif zamanlarda yayımı eyni və fərqlisəbəblərdən bir neçə dəfə müvəqqəti dayandırılır.

Bəs görəsən, telekanalın yayımı bir neçə dəfə,təkrarən müvəqqəti dayandırıldığı halda, onun lisenziyası ləğvedilə bilərmi?

Məsələ ilə bağlı Audiovizual Şuradan Trend-in sorğusuna cavabolaraq bildirilib ki, “Media haqqında” Qanunda yayımındayandırılması sanksiyasının tətbiqi ilə əlaqədar lisenziyanınləğvinə əsas yaradan hal mövcud deyil:

“Tətbiq olunan yayımın dayandırılması sanksiyasının sayı dalisenziyanın ləğvinə təsir etmir və bununla bağlı İnzibati XətalarMəcəlləsində nəzərdə tutulan hər hansı inzibati tənbeh tədbiri(cərimə) yer almayıb.

Bununla yanaşı, eyni qanunvericilik pozuntusu eyni audiovizualmedia subyekti tərəfindən mütəmadi olaraq törədildikdə AudiovizualŞura üzvləri yayımın dayandırılması müddətinin (1-24 saatarası1-30 gün arası) dahauzunmüddətlisini tətbiq edə bilərlər.

Yəni, hər hansı audiovizual media subyektinə qarşı 3saatlıq dayandırma tətbiq edilirsə, növbəti eyni pozuntuhalından sonra bu dayandırma müddəti daha uzun (24 saatdançox olmayaraq) ola bilər”.

Qeyd edilib ki, aidiyyəti qanunvericilik aktlarından irəli gələntələblərlə bağlı inzibati sanksiya tədbiri nəzərdə tutulmuş hərhansı qanun pozuntusuna münasibətdə həmin sanksiyanın dərəcəsinin,pozuntuya mütənasibliyinin müəyyən edilməsi məhkəməninsəlahiyyətindədir.

Audiovizual media sahəsində lisenziyanınləğvi

Azərbaycan qanunvericiliyində televiziya kanallarına verilənlisenziyaların hansı hallarda ləğv edilməsinə dair müddəalar özəksini tapıb.

Belə ki, yerüstü yayımçılara ümumölkə və regional yerüstüteleviziya və radio yayımçısı lisenziyaları verilir.

Lisenziya aşağıdakı hallarda ləğv edilir:

  • lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdimedildikdə;
  • “Media haqqında” Qanunda nəzərdə tutulan media subyektinə dairtələblər pozulduqda;
  • lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimifəaliyyətinə xitam verildikdə, hüquqi şəxs ləğv edildikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda;
  • lisenziya sahibi olan şəxsin müflisləşməsinin məhkəmənin qanuniqüvvəyə minmiş qərarı ilə təsdiq olunduğu halda;
  • lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərdə sonradandüzgün olmayan məlumatlar aşkar edildikdə;
  • lisenziya sahibi “Media haqqında” Qanunun və AudiovizualŞuranın qərarlarının pozulması hallarının aradan qaldırılmasınadair Audiovizual Şuranın göstərişlərini yerinə yetirmədikdə,yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isəmüvafiq region üzrə yerüstü yayımın təmin olunması üçüninfrastruktur operatoru ilə müqavilə bağlayarkən infrastrukturoperatoruna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqının 6 ayərzində ödənilməməsi barədə infrastruktur operatorunun AudiovizualŞuraya müraciəti olduğu halında lisenziya dayandırılır. Lisenziyasahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu halı aradanqaldırmadıqda və nəticəsi barədə 3 iş günü müddətində AudiovizualŞuraya yazılı məlumat vermədikdə;
  • lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunanfəaliyyət növlərinin siyahısından çıxarıldıqda;
  • yayım lisenziya alındıqdan sonra 6 ay müddətində həyatakeçirilmədikdə;
  • lisenziya verilmiş fəaliyyət növü üzrə ərazi kateqoriyasınariayət edilmədikdə;
  • yayımın Audiovizual Şuranın qərarı ilə 1 gündən 1 ayadəkmüddətə müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, yayımardıcıl olaraq 30 gün və ya bir il ərzində 60 gün həyatakeçirilmədikdə;
  • lisenziya sahibi bir il müddətində azı 5 dəfə audiovizual yayımsahəsində inzibati məsuliyyətə cəlb edildikdə (yəni, AudiovizualŞuranın tərtib etdiyi cərimə protokolu məhkəmə tərəfindən tətbiqedildikdə);
  • Audiovizual Şura tərəfindən müsabiqənin qalibinə lisenziyanınverilməsi barədə qərar qəbul edilir, bu qərar ərizəçiyə təqdimedilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir,müsabiqənin qalibinə Audiovizual Şura tərəfindən lisenziyanınverilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və yaməktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığıtarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Ərizəçiyəpeyk yayımı həyata keçirməyən platforma yayımçısı, platformaoperatoru və sifarişli yayım xidməti provayderi üçün lisenziyanınverilməsi üçün dövlət rüsumu ödəmək vəzifəsi barədə şifahi və yaməktub vasitəsilə məlumat verilir, ərizəçi bu məlumatı aldığıtarixdən 5 iş günü müddətində dövlət rüsumunu ödəməlidir. Dövlətrüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu müddətdəAudiovizual Şuraya təqdim edilmədikdə.

Lisenziya bu Qanunun yuxarıdakı hallara (məhkəmənin müvafiqqərarı ilə lisenziyanın ləğv edilmə halı istisna olmaqla) istinadedilməklə Audiovizual Şuranın qərarı ilə ləğv edilir. Həmin qərarqəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziya sahibinətəqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsiləgöndərilir.

Audiovizual Şura lisenziyanın ləğvi barədə qərar qəbul edildiyigündən 3 iş günü müddətində həmin qərar barədə məlumatı MediaReyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqana (quruma) təqdim edir.

Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorladəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətinzorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara,etnik, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına,terrorçuluğa açıq çağırışlar, habelə terrorçuluğunmaliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkiledilməsinə və ya keçirilməsinə yönələn məlumatların yayılmasılisenziya sahibi olan yayımçı tərəfindən müdafiə olunduqda və ya buçağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda lisenziyaAudiovizual Şuranın iddia ərizəsi əsasında məhkəmənin qərarı ilələğv edilir.

Избранный
3
5
az.trend.az

6Источники