RU

Azərbaycanda çay istehsalı artıb, idxal isə azalıb

Bu ilin yanvar ayında Azərbaycanda 750,2 ton çay istehsal edilib...

Poliqon Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı ötən ilin müvafiq övrü ilə müqayisədə 3,3% artıb.

Hesabat dövründə ölkəyə 5 milyon 333 min ABŞ dolları dəyərində 766.6 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 34,7 faiz, həcm ifadəsində isə 41% azalıb.

Qeyd edək ki, ötən ay Azərbaycandan xarici bazarlara 570 min ABŞ dolları dəyərində 61.2 ton çay ixrac edilib. Çay ixracı 2025-cü ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 20.9%, həcm ifadəsində isə 18,6% artıb.

Onu da bildirək ki, dövr ərzində çayın 1 kiloqramının orta ixrac qiyməti 15.8 manat, orta idxal qiyməti isə 11.8 manat təşkil edib.

Poliqon.info

Избранный
7
2
poliqon.info

4Источники