“Aston Villa”da icarə əsasında çıxış edən “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərə klubuna tam transfer oluna bilər.
Klub braziliyalı futbolçunu yanvarın sonunda “Yuventus”dan 25 milyon avroya (üstəgəl 3,5 milyon avro bonus) almaq hüququyla icarəyə götürüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” yarımmüdafiəçidən məmnundur və yayda bu alış hüququndan istifadə etməyi planlaşdırır. “
Qoca sinyora”nın rəhbərliyi isə İtaliyada özünü sübut edə bilməyən oyunçunu satmağa ümid edir.
Luis 2024-cü ilin yayında 51 milyon avroya məhz “Aston Villa”dan “Yuventus”a keçib. 27 yaşlı futbolçu bu mövsümün ilk yarısını isə icarə əsasında “Nottingem Forest”də keçirib, daha sonra “Aston Villa”ya üz tutub.