RU

Rusiya bir tərəfə, bu ölkə də Ukraynaya bəla olub: Avropanın dəstəyini bloklayır

Avropa Birliyi xarici işlər naziri Kaya Kallas Ukraynaya 90 milyard avroluq kredit verilməsi məsələsinə şübhə ilə yanaşıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu barədə Aİ Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

"Biz 90 milyard avroluq kredit məsələsini də müzakirə edəcəyik. Bu, irəli sürülməlidir. Amma görək necə olacaq", - Kallas qeyd edib.

Məlumata görə, vəziyyəti çətinləşdirən məsələlərdən biri, Budapeştin sərt mövqeyidir. Bundan əvvəl Macarıstan rəsmi olaraq Rusiyaya qarşı sanksiyaların yalnız 20-ci paketini deyil, Kiyevə vəd edilmiş 90 milyard avronun ayrılmasını da bloklamaq niyyətində olduğunu bildirib.

Избранный
12
publika.az

1Источники