RU

Ötən ay Azərbaycanla İran 57 milyon dollarlıq ticarət əməliyyatı aparıblar

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla İran İslam Respublikasıarasında ticarət əməliyyatlarının həcmi 57,132 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 1,2 milyon ABŞ dolları və ya 2,1% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1,61%-i həcmində olub.

Bu ilin yanvar ayında Azərbaycandan İrana 960 min dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, 2025-ci ilin eyni ayındakıgöstərici ilə müqayisədə 349 min ABŞ dolları və ya 57,1%çoxdur.

Hesabat ayında İrandan Azərbaycana isə 56,2 milyon ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 830 min ABŞ dolları və ya 1,5% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Избранный
2
7
az.trend.az

8Источники