RU

Yasamalda sakinlərlə MTK arasında lift qalmaqalı - "Caspian Service" qanunsuz cihaz quraşdırıb?

Yasamalda sakinlərlə MTK arasında lift qalmaqalı - "Caspian Service" qanunsuz cihaz quraşdırıb?

Bakı şəhəri, Yasamal rayonunun bir qrup sakini "Caspian Service" Mənzil Tikinti Kooperativindən (MTK) şikayətçidir.

Oxu.Az-a müraciət edən rayonun İlqar İsmayılov küçəsi 37 ünvanında yerləşən yaşayış binasının sakinləri bildiriblər ki, binada üç lift olmasına baxmayaraq yalnız ikisi işlədilir. Sakinlər qeyd edirlər ki, işləyən liftlərdən istifadə yalnız xüsusi kartlar vasitəsilə mümkündür və bir çox sakinin kartı əsassız olaraq bloklanıb.

“Binamızda heç bir texniki nasazlıq olmadığı halda bir lift qəsdən söndürülüb. Digərlərində isə elektron qurğu quraşdırılıb. Nəticədə mənzilimizə piyada qalxmaq məcburiyyətində qalırıq ki, bu da sağlamlığımız üçün ciddi risk yaradır,” – deyə sakinlər bildirib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub. Nazirlik əməkdaşları baxış keçirərək məhdudlaşdırıcı qurğunun qanunsuz olduğu barədə akt tərtib etsələr də, hələ ki heç bir dəyişiklik baş verməyib.

MTK-nın mövqeyi: Sözügedən MTK-nın komendantı Rövşən adlı şəxs bildirib ki, bəzi sakinlər kommunal ödənişləri etmədiyi üçün kartlar deaktiv edilir: “Sakinlərin borcu olduğu üçün qurumlara borc yaranıb. Liftlərdən birinin işləməmə səbəbi isə trosda olan texniki nasazlıqdır.”

Komendant həmçinin iddia edib ki, FHN-dən kart sisteminin ləğvi ilə bağlı rəsmi göstəriş yox, yalnız tövsiyə alıblar.

Избранный
19
1
afn.az

2Источники