RU

Ukrayna da “Telegram” ı bağlamaq istəyir Vereşuk səbəbini açıqladı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın məlum qərarının ardınca Ukraynada da “Telegram”-ın məhdudlaşdırılmasına dair çağırışlar eşidilməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Vereşuk Ukraynada “Telegram” sosial şəbəkəsinin və digər anonim platformaların istifadəsinin məhdudlaşdırılmasını təklif edib. O, bu barədə sosial mediada yazıb.

Vereşçuk bildirib ki, Lvovdakı terror aktı bir daha “Telegram” və digər oxşar anonim platformalar haqqında suallar doğurur: "Bir daha görürük ki, Rusiya terrorçuları cəlb etmək, onların fəaliyyətlərini əlaqələndirmək və terror hücumları həyata keçirmək üçün “Telegram”-dan sistematik şəkildə istifadə edir. Bu, müharibə dövründə informasiya məkanımızda “Telegram” və digər anonim platformaların fəaliyyətini nəzərdən keçirməyimiz üçün daha bir xatırlatmadır. Əgər xalqımızın həyatını qorumaq və milli təhlükəsizliyi qorumaq üçün bu platformaların imkanlarını məhdudlaşdırmalıyıqsa, deməli, bunu etməliyik".

Xatırladaq ki, dünən gecə Lvovun mərkəzindəki Danilışin küçəsində partlayış baş verib. 23 yaşlı polis məmuru həlak olub, daha 25 nəfər yaralanıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
azpolitika.info

1Источники