RU

İkinci qoldan sonra sanki nokauta düşdük Qurban Qurbanov Bəhlulun vəziyyətinə də aydınlıq gətirdi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Birinci oyundan sonra bərpa üçün vaxta ehtiyac var idi. Ona görə də hazırlığı Bakıda keçdik. İngiltərəyə daha tez uçmaq, 11-12 saat yolda olmaq yorucu olardı.

"Nyukasl"la cavab qarşılaşması haqqında danışmaq çətindir. Təhlil apardıq. Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq. Hazırda oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bəlkə də "Nyukasl" ən yaxşı oyunlarından birini bizə qarşı keçirdi. Etmək istədikləri hər şey alındı. İkinci qoldan sonra sanki nokauta düşdük. İkinci hissədə daha sərbəst oynadılar. Rəqiblərin səviyyəsi daha da artır. 

53 yaşlı mütəxəssis "Neftçi" ilə oyunun təxirə salınması ilə bağlı sualı da cavablandırıb:

"Neftçi" rəhbərliyinə bir daha təşəkkür edirəm. Bu, sırf nəticəyə görə atdığımız addım deyildi. Oyun qrafiki sıx idi. Rəqibimiz bəlli idi və oyuna yaxşı hazırlaşmalıydıq. Belə müraciətlər əvvəllər də olub. O qədər problemlər var ki... Bu, müzakirə ediləcək problem deyil. Sabah kimsə bizdən belə xahiş edə bilər. Həmişə digər klublarla münasibətimiz yaxşı olub".

Qurban Qurbanov zədəli futbolçu Bəhlul Mustafazadənin hazırkı durumu haqqında danışıb:

"Bəhlulun psixoloji durumu normaldır. Böyük futbolda belə zədələr olur. İnanırıq ki, tezliklə sağalacaq və komandaya qoşulacaq".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Tərəflərin Bakıdakı oyunu "sağsağanlar"ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
2
fanat.az

3Источники