RU

Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi

Bakı.Trend:

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrükrüsumundan azad edilib.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərmanimzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunadəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrininidxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsiaşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasındahəyata keçirilməsi;
- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxstərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdənvə gömrük rüsumundan azad edilməsi onların idxalçılarınınxərclərinin azalmasına imkan yaradacaq.

Bu tələb qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyəminir.

Məqalədə:
Избранный
17
49
az.trend.az

10Источники