RU

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News365.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 1-ci hissəsinin “b” və “c” bəndlərində, 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (hər iki halda) və 261-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “c” bəndində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “b” bəndində “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 261-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124, № 7, maddə 641; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 yanvar tarixli 584 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda ikinci halda “bəndində” sözü “, “b” və “c” bəndlərində” sözləri ilə, “6-cı hissəsində” sözləri “6-cı hissəsinin birinci və ikinci (hər iki halda) cümlələrində” sözləri ilə əvəz olunsun və həmin abzasa “314-cü” sözlərindən əvvəl “261-ci maddəsinin 3-cü hissəsində,” sözləri əlavə edilsin;

3.2. üçüncü – otuz birinci abzaslar müvafiq olaraq dördüncü – otuz ikinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

3.3. altıncı abzasda “və 87-ci maddəsinin 3-cü hissəsində” sözləri “, 87-ci maddəsinin 3-cü hissəsində və 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;

3.4. on üçüncü abzasdan “36-cı maddəsinin birinci hissəsinin “b” bəndində,” sözləri çıxarılsın;

3.5. on dördüncü abzasda “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.6. on doqquzuncu abzasda “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər” sözləri “orqan (qurum) dedikdə” aşağıdakılar nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.7. iyirmi birinci abzasda “Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri” sözləri “mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

3.8. otuz ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda otuz üçüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “b” bəndində “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin üçüncü abzasında, 34.8.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 35.2-1-ci,

102.1.33-2-ci, 106.1.28-3-cü, 106.1.28-4-cü, 164.1.41-5-ci, 164.1.49-2-ci (hər iki halda), 164.1.64-cü (hər iki halda) və 188.1.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 33.8-1-ci maddəsinin üçüncü abzasında və 164.1.64-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 34.8.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 34.8.3-cü maddəsinin ikinci cümləsində və 35.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 102.1.33-2-ci, 106.1.28-3-cü, 106.1.28-4-cü və 164.1.49-2-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur.

1.6. həmin Məcəllənin 164.1.41-5-ci, 164.1.64-cü (birinci halda) və 188.1.9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur;

1.7. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2.9-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.8. həmin Qanunun 41.2.9-1-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Xəzinədarlıq Agentliyi qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.9. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.35-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.10. həmin Qanunun 20.0.35-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddə 1023; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli, 2026-cı il 26 yanvar tarixli 587 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “, 33.8-1-ci, 33.10-cu maddələrində” sözləri “maddələrində, 33.8-1-ci maddəsinin üçüncü abzasında, 33.10-cu maddəsində” sözləri ilə əvəz olunsun və həmin bəndə birinci halda “ikinci abzasında” sözlərindən sonra “, 34.8.3-cü maddəsinin birinci və ikinci cümlələrində” sözləri, “35.1-ci” sözlərindən sonra “, 35.2-1-ci” sözləri, “102.1.33-cü” sözlərindən sonra “, 102.1.33-2-ci” sözləri, “106.1.28-ci” sözlərindən sonra “, 106.1.28-3-cü, 106.1.28-4-cü” sözləri, “164.1.41-4-cü” sözlərindən sonra “, 164.1.41-5-ci” sözləri, “164.1.49-cu” sözlərindən sonra “, 164.1.49-2-ci (hər iki halda)” sözləri, “164.1.63.2-ci” sözlərindən sonra “, 164.1.64-cü (hər iki halda)” sözləri, dördüncü halda “ikinci cümləsində” sözlərindən sonra “, 188.1.9-cu maddəsində” sözləri əlavə edilsin;

3.2. 1.7-ci bəndə “33.8-1-ci” sözlərindən sonra “maddəsinin üçüncü abzasında” sözləri, “164.1.63.2-ci” sözlərindən sonra “, 164.1.64-cü (ikinci halda)” sözləri əlavə edilsin;

3.3. 1.11-ci bənddən “34.8.3-cü,” sözləri çıxarılsın;

3.4. 1.12-ci bəndə “(birinci halda)” sözlərindən sonra “maddələrində, 34.8.3-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin;

3.5. 1.15-ci bəndə “(ikinci və üçüncü hallarda)” sözlərindən sonra “maddələrində, 34.8.3-cü maddəsinin ikinci cümləsində, 35.2-1-ci” sözləri əlavə edilsin;

3.6. aşağıdakı məzmunda 1.43-3-cü və 1.43-4-cü bəndlər əlavə edilsin:

“1.43-3. həmin Məcəllənin 102.1.33-2-ci, 106.1.28-3-cü, 106.1.28-4-cü və 164.1.49-2-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur;

1.43-4. həmin Məcəllənin 164.1.41-5-ci, 164.1.64-cü (birinci halda) və 188.1.9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur;”.

4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143 (Cild I); 2024, № 2, maddə 141) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-1-ci bəndə birinci halda “ikinci cümləsində” sözlərindən sonra

“, 41.2.9-1-ci maddəsində” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. həmin Qanunun 41.2.9-1-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Xəzinədarlıq Agentliyi qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.”.

5. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I); 2024, № 6 (I kitab), maddə 661, № 12 (II kitab), maddə 1371; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1-1-ci bənddə “və 20.0.34-cü (hər iki halda)” sözləri “, 20.0.34-cü (hər iki halda) və 20.0.35-ci” sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 3.5-2-ci bənd əlavə edilsin;

“3.5-2. həmin Qanunun 20.0.35-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.”.

6. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 3.1-ci və 3.2-ci bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə münasibətdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanunu dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

7. Bu Fərmanın 1.1-ci, 1.6-cı, 3.1-ci və 3.6-cı bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-5-ci və 188.1.9-cu maddələrinə münasibətdə, habelə bu Fərmanın 1.9-cu, 1.10-cu bəndləri və 5-ci hissəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanunu dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

8. Bu Fərmanın 1.1-ci, 1.2-ci, 1.6-cı, 3.1-ci, 3.2-ci və 3.6-cı bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.64-cü maddəsinə münasibətdə 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

9. Bu Fərmanın 1.1-ci və 3.1-ci bəndləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.8.3-cü və 35.2-1-ci maddələrinə münasibətdə, habelə bu Fərmanın 1.3-cü, 1.4-cü, 1.7-ci, 1.8-ci, 3.3 – 3.5-ci bəndləri və 4-cü hissəsi 2026-cı il aprelin

1-dən qüvvəyə minir.

Избранный
1
4
news365.az

5Источники