RU

Qəzzada ölənlərin sayı 72073 nəfərə çatdı

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Gununsesi.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 1 ölü və 8 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumları zamanı 615 nəfər həlak olub, 1651 nəfər yaralanıb və dağıntılar altından 726 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.073-ə çatıb, 171.749 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
icma.az

2Источники