RU

ABŞ: “Meksikalı narkobaronun məhvinə dəstək vermişik”

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt belə deyib. Onun sözlərinə görə, El Menço ABŞ-yə fentanilin narkotikinin ən böyük tədarükçülərindən biri kimi Mexiko və Vaşiqntonun əsas hədəfi olub. “Prezident Tramp çox aydın şəkildə bildirib: ABŞ ölkəmizə ölümcül narkotik qaçaqmalçılığı ilə məşğul olan narko-terrorçuların çoxdan layiq olduqları qisası almasını təmin edəcək. Tramp administrasiyası həmçinin Meksika ordusunu əməkdaşlığına və bu əməliyyatın uğurla həyata keçirilməsinə görə tərifləyir və təşəkkür edir”, - Kerolayn Livitt yazıb. Ağ Evin sözçüsü həmçinin xatırladıb ki, ötən il Amerika lideri Donald Tramp “Halisko - Yeni Nəsil” kartelini xarici terrorçu təşkilatı elan edib. Vaşinqtonun məlumatına görə, əməliyyat zamanı üç kartel üzvü öldürülüb, daha üçü yaralanıb və iki nəfər həbs olunub. Meksika və ABŞ hökumətləri Osegeranın həbsi üçün məlumata görə müvafiq şəkildə 30 milyon Meksika pesosuna və 10 milyon ABŞ dollarına qədər mükafat təklif edirdilər.

Maraqlıdır ki, Nemesio El Menço Osegera Servantesin ölümündən sonra fevralın 22-də Meksikada iğtişaşlar başlayıb. Xarici hökumətlər bu ölkədəki vətəndaşlarına davam edən Meksika təhlükəsizlik əməliyyatı və cinayətkar fəaliyyətin artması səbəbindən evdə qalmaları barədə xəbərdarlıq ediblər. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
azvision.az

2Источники