RU

Musiqi və rəssamlıq müəllimlərinə şad xəbər: Attestasiya ləğv olunur

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışanlar attestasiya yolu ilə deyil, xüsusi qaydalarla sertifikasiyadan keçəcəklər.

Ölkə.az xəbər verir ki, bununla bağlı  Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanununa müvafiq  dəyişiklik  nəzərdə tutulur.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən  iclasında müzakirə çıxarılıb. 

Qanuna  dəyişikliklə bağlı  məlumat verən Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, qanun layihəsi  Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya yolu ilə qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur. Layihənin qiymətləndirmə prosesinin obyektivliyini, şəffaflığını və hüquqi əsaslarını gücləndirmək, müasir qiymətləndirmə metodlarının tətbiqini təmin etmək və əmək mübahisələri riskini azaltmaq məqsədilə hazırlandığı bildirilib.

Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik parlamentin plenar iclasında müzakirə çıxarılması tövsiyyə olunub.

 Mürtəza.

Избранный
21
1
olke.az

2Источники