RU

Naxçıvanda iki günəş elektrik stansiyası üzrə investisiya müqavilələri imzalandı

BAKI, 23 fevral. TELEQRAF

Naxçıvanda 25 MVt gücündə “Şəms 1” günəş elektrik stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin 25 MVt gücündə “Qərbi Üfüq” günəş elektrik stansiyası layihəsi üzrə “Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında paylaşım edib.

"Ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan bu layihələr Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı istiqamətində özəl investisiyalar hesabına atılan mühüm addımdır," - deyə nazir qeyd edib.

Избранный
5
3
teleqraf.com

4Источники