RU

Səidə ilə Tolik bir-birilərini ağır təhqir etdilər

Səidə ilə Tolik bir-birilərini ağır təhqir etdilər

Müğənni Səidə Sultanla tanınmış aparıcı Tarix Əliyev (Tolik) arasında münasibətlər kəskin şəkildə pisləşib. AFN.az-ın məlumatına görə, tərəflər arasında baş verən gərginlik sosial şəbəkələrdə geniş əks-səda doğurub.

Hadisə "TikTok" platformasında, Xalq artisti Brilliant Dadaşovanın da qatıldığı canlı yayım zamanı başlayıb. Efirlərdəki mövcud problemlərin müzakirə edildiyi vaxt Səidə Sultan və Tolik arasında mübahisə yaranıb. Tərəflərin bir-birinə qarşı işlətdiyi təhqiramiz ifadələr qısa zamanda qarşılıqlı ittiham dalğasına çevrilib.

Mübahisə canlı yayımla bitməyib, tərəflər "Instagram" üzərindən savaşı davam etdiriblər. Tolik paylaşımında Səidə Sultanı narkotik maddə istifadəçisi olmaqda günahlandırıb. İttihamlara video ilə cavab verən müğənni isə qollarındakı izlərin müalicə ilə bağlı olduğunu deyib. O bildirib ki, bir neçə gün əvvəl səhhəti ilə əlaqədar Sabunçu Tibb Mərkəzində müalicə alıb və sözügedən izlər tibbi müdaxilənin nəticəsidir.

Ötən gündən bəri səngiməyən bu qalmaqal sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub. Çox sayda insan hər iki tanınmışın davranışlarını tənqid edərək, onların İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Məlumat üçün qeyd edək ki: Cari ilin 26 yanvar tarixindən qüvvəyə minən həmin maddəyə əsasən, internet resurslarında ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadələr işlədən və cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən şəxslər "Xırda xuliqanlıq" maddəsi ilə cəzalandırıla bilər.

Maraqlıdır ki, bu hadisədən cəmi bir neçə gün əvvəl Səidə Sultan efirlərdə etik normaların itməsindən şikayətlənmişdi. O, televiziyalardakı qalmaqalların təbliğinə etiraz edərək məhz bu səbəbdən bir ildir efirlərdən uzaq durduğunu vurğulamışdı. Lakin son hadisələr müğənninin özünün də böyük bir skandalın mərkəzinə çevrilməsi ilə nəticələndi.

Избранный
11
afn.az

1Источники