RU

Bəzi ölkələr Qəzzaya “sülh ordusu” göndərir - Prezident necə demişdisə, Azərbaycan o cür etməlidir...



Bəhruz Quliyev: “Bu yanaşma ölkənin uzunmüddətli milli maraqlarına və beynəlxalq mövqeyinə tam uyğundur”

Bu günlərdə Qazaxıstan və Kosova Qəzzaya sülhyaratma qüvvələri göndərməyə razılıq verdiklərini açıqlayıblar.

Xatladaq ki, prezident İlham Əliyev yanvarın 5-də Azərbaycan televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, Azərbaycan Qəzzaya sülh yaratma qüvvələri göndərməyəcəyik.

Azərbaycanın Qəzzada sülh yaratma əməliyyatlarında iştirak etmək üçün sülhməramlı qüvvələrimizi göndərməkdən imtinası əsassız deyil, bu kifayət qədər əsaslandırılmış bir siyasətdir. Aydındır ki, Azərbaycanın özü müharibədən yeni çıxmış dövlətdir və bu baxımdan hərbiçilərimizin başqa bir münaqişə bölgəsinə göndərilməsi cəmiyyətimizdə müəyyən həssaslıq doğurur. İkinci məsələ isə ölkəmizin bu mövqeyi öz

siyasətində məsuliyyətli yanaşması, daxili ictimai rəyin nəzərə alması və regional prioritetlərin qorunması prinsipinə əsaslanır.

Təbii ki, Qazaxıstan və Kosovanın Qəzzaya sülhyaratma qüvvələri göndərməyə razılıq verməsi onların öz mənafelərinə xidmət edir, Azərbaycanın qərarı isə öz mənafeyi baxımından kifayər qədər əsaslandırılıb. Bu həm də Azərbaycanın bu məsələ ilə bağlı üç şərtə əsasən apardığı siyasətinin bariz nümumədidir.

Bu kontekstdə maraqlıdır, Qəzza üzrə Sülh Şurasının təsisçilərindən biri olan Azərbaycan necə hərəkət edəcək və etməlidir?

“Qəzza ətrafında beynəlxalq proseslərin aktivləşdiyi bir vaxtdak Qazaxıstan və Kosova kimi ölkələrin sülhyaratma qüvvələri göndərmək qərarı fərqli yanaşmaların və baxışın mövcudluğunu göstərir. Yəni bu məsələyə yanaşmadahər ölkə öz maraqlarını ifadə edir”

Bu fikirləri baki-xeber.com-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

“Azərbaycanın mövqeyi isədaha balanslı və milli maraqlara əsaslanan siyasət kimi diqqət çəkir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməməsi əsas səbəbləri vardır. Hesab edirəm ki, Azərbaycan bu məsələdə yüksək təhlükəsizlik risklərini, regionda geosiyasi balansın qorunmasını və humanitar-diplomatik yanaşmaya üstünlük verilməsini nəzərə alır.

Azərbaycan bu məsələdə hərbi iştirakdan daha çox humanitar yardım, diplomatik təşəbbüslər və siyasi dialoqun dəstəklənməsi istiqamətində fəaliyyət göstərməyi məqsədəuyğun hesab edir. Bu yanaşma ölkənin uzunmüddətli milli maraqlarına və beynəlxalq mövqeyinə tam uyğundur. Ümumiyyətlə qeyd edim ki, Azərbaycan hərbi, siyasi, diplomatik, ticari, mədəni bir sözlə, bütün həlledici məqamlarda milli maraqların diqtə etdiyi formada davranır və qərarları da milli maraqlara uyğunlaşdırır," - deyə, ekspert əlavə edib.

İradə SARIYEVA

Избранный
6
baki-xeber.com

1Источники