RU

Həkim terapevt: “Praktik olaraq sağlam hesab edilən insanların soyuq suda çimməyi mütəmadi xarakter daşımır”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hər birimiz soyuq fəsillərdə, hətta qar yağdığı günlərdə belə, insanların çimərlikdə çimdiyinin artıq Azərbaycanda da şahidi oluruq. Bu mənzərəni görmək belə insanda üşümə hissi yaradır. Adətən düşünürük ki, həmin insanların orqanizmi buna öyrəşib və bu, onların həyat tərzinin bir hissəsidir. Bu şəxslərin arasında idmançılar olduğu kimi, idmanla məşğul olmayan qadın və kişilər də az deyil. Sosial şəbəkələrdə yayılan paylaşımlardan görürük ki, bu fəaliyyət daha çox Rusiya və Avropa ölkələrində geniş yayılıb.Soyuq suda çimməyin sağlamlıq üçün hansı müsbət, ya mənfi təsirləri var? Kimlər üçün uyğundur, kimlərə olmaz?

Həkim-terapevt Şahvələd Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sağlamlıq durumu zəif olan şəxslərin soyuq suda çimməyi, kifayət qədər riskli fəaliyyətdir: “"Praktiki sağlam insan" anlayışı var ki, bu da sovet dövründən qalma tibbi ifadədir. Həmin dövrdə insanlarda hər hansı xəstəlik aşkar olunmadıqda onlara verilən arayışda “praktiki sağlamdır” qeydi yazılırdı”.

həkim-terapevt Şahvələd Məmmədov

“Bu gün praktik olaraq sağlam hesab edilən insanların da soyuq suda çimməyi mütəmadi xarakter daşımır. Adətən bu şəxslər 40-50, bəzən 55 yaşlarında, soyuq fəsillərdə qısa müddətə çimməyə gedirlər. Onlar saatlarla suda qalmır və bunu yalnız sağlamlıq vəziyyəti imkan verdiyi halda edirlər. Sağlamlıq durumu buna imkan verməyən şəxslər soyuq suya girdikdə ciddi fəsadlarla üzləşə bilərlər. Bu, kifayət qədər riskli fəaliyyətdir, hər kəs üçün uyğun deyil. Sağlamlıq vəziyyəti buna imkan verən insanlar tədricən özlərində vərdiş formalaşdırırlar və zamanla sağlamlıq vəziyyətlərini yaxşı tanıdıqları üçün - yəni ciddi ürək-damar xəstəlikləri, təzyiq problemləri və ya digər xroniki xəstəlikləri olmadığını bildiklərinə görə müəyyən risklərə gedirlər. Tibdə isti və soyuq duş qəbul etmə prosedurları mövcuddur. Elə xəstələr var ki, onlara mövsümdən və sağlamlıq durumundan asılı olaraq ya isti, ya da soyuq duş qəbul etmək tövsiyə olunur”-deyə həkim-terapevt Şahvələd Məmmədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
bizimyol.info

1Источники