RU

Peyvəndə görə körpənin ölümünə səbəb olan həkimi hansı cəza gözləyir? AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Goranboyda peyvənd vurulan körpə ölüb. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib.Məsələ ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlama verib. O deyib ki, əgər araşdırma nəticəsində həkimin günahı sübuta yetirilərsə, bu hal Cinayət Məcəlləsinin 124.1-ci maddəsi - ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirilə bilər:“Həmin maddəyə əsasən, tibbi səhlənkarlıq nəticəsində ölüm baş verdiyi təqdirdə həkim maksimum 3 ilədək azadlıqdan məhrum edilə bilər. Bu cür hallarda valideynlərin hüquqi məsuliyyəti nəzərdə tutulmur. Valideyn sadəcə uşağı həkimə aparıb və tibbi yardım almağa çalışıb. İnsan orqanizmi fərqlidir və bəzən eyni dərman və ya peyvənd hər kəsə eyni təsir göstərmir. Əgər həkim sübut edə bilsə ki, bütün tibbi prosedurlara və qaydalara tam riayət edib, peyvənd düzgün aparılıb və ölümün səbəbi başqa amillərlə bağlıdırsa, onun barəsində məsuliyyət yaranmaya bilər. Bu halda istintaq orqanları həkimin səhlənkarlığını sübut etməlidir. Günah sübuta yetirilmədiyi təqdirdə isə həkim barəsində hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmur”.Həmçinin oxu:

'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar'

Naxçıvanın yeni rəhbərini kim “vurdu”? — Gizli qrupun arxasındakı ad

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbLeyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
demokrat.az

1Источники