RU

Hüquqşünas: Vaşinqtondakı insident zamanı fiziki gücün tətbiqi qanuni və əsaslıdır

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqtonda Prezident İlham Əliyevin mühafizəçilərinin təhlükəsizlik məkanına daxil olmaq istəyən şəxslərə münasibətdə fiziki güc tətbiqi tamamilə qanuni və əsaslıdır.

Bunu Ölkə.az-a açıqlamasında siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı hotelinin yanında baş vermiş insidenti hüquqi aspektini şərh edərkən deyib.

Onun sözlərinə görə, yayılan videoyazılardan da aydın görünür ki, əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşlarının şüar deyən, şəkil çəkən aksiyaçılara müdaxilə etmədən prezidentin keçəcəyi yolu, təhlükəsizlik məkanını nəzarət altında saxladığı aydın görünür. “Yalnız bir nəfərin qəflətən yola tərəf qaçması zamanı hərəkətə gəldiyi, həmin şəxsin təhlükəsizlik məkanına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq etdiyi, ondan sonra isə şüar deyib şəkil çəkə-çəkə yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçını fiziki güç tətbiq etmədən təhlükəsiz məsafəyə uzaqlaşdırdığı görünür. Bu zaman ədəbsiz ifadələr və söyüşlər açıq-aydın eşidilir”, - o qeyd edib. 

O əlavə edib ki, videogörüntülərin digərlərində isə prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güc tətbiq edilməsi və şüar deyib şəkil çəkə-çəkə girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması da göstərilir.

Q. Əlibəyli onu da qeyd edib ki, videoyazılar sonradan montaj olunaraq yayımlanıb. “Videoyazıların montaj edildiyi adi gözlə də görünür. Belə videoyazılar adətən “İlham Əliyevin mühafizəçiləri dinc aksiyanı zorakılıqla dağıtdılar”, “siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaçıları vəhşicəsinə döydülər”, “xarici ölkənin ərazisində qudurğanlıq etdilər” və s. bunlara oxşar ifadələrlə müşaiyət olunur. Xarici mediada da məhz yuxarıdakı həmin 2 epizoda aid fotoşəkillər tirajlanır.

Əlbəttə hər bir kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar, o cümlədən prezidentin eşidə biləcəyi şəkildə şüarlar səsləndirmək hüququ var və bu heç kimdə şübhə doğurmur. Lakin insan hüquq və azadlıqları qeyri məhdud xarakter daşımır, başqasının (başqalarının) hüquqlar və azadlıqları ilə sərhədlənir. Yəni başqasının (başqalarının) hüquqları başladığı yerdə sənin hüquqların bitir. Buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada sərt və ya nisbətən mülayim şəkildə nizamlanır. Bu insan hüquqları nəzəriyyəsinin aksiomudur.

Hər bir insanın təhlükəsiz yaşamaq, mümkün təhlükələrdən qorunmaq hüququ da var. Prezident dövlət başçısı olduğu və dövləti təmsil etdiyi üçün hansı məkanda olmasından asılı olmayaraq xüsusi qaydada qorunur. Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə aiddir. Ona görə də prezidentin keçəcəyi yollarda, yaşadığı yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür. 

Kütləvi tədbirlər və aksiyalar zamanı prezidentlərin təhlükəsizlik tədbirləri daha da güçləndirilir. Çünki bu cür tədbirlərdə (aksiyalarda) silahlı adamların, terrorçuların prezidentlərə yaxınlaşmaq və sui-qəsd imkanları çoxalır. Bu baxımdan prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik məkanlarının (zolaqlarının) yaradılması və həmin məkana zorla daxil olmaq istəyən şəxslərə leqal fiziki güc tətbiq etməsi tamamilə təbii qarşılanmalıdır və qanunidir.

Vaşinqtondakı insidentlə əlaqədar montaja məruz qalmamış videoyazıdan açıq-aşkar görünür ki,  mühafizəçilərin onlara həvalə edilmiş təhlükəsizlik məkanından kənara çıxmayıblar. Onlar mühafizəçilərin gəldiyini görüb oradan uzaqlaşan aksiya iştirakçılarına toxunulmur və onlara fiziki güc tətbiq olunmur. Fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən, zorla prezidentin təhlükəsizlik məkanına daxil olmaq istəyən şəxslərə münasibətdə tətbiq olunur. Bu cür şəxslərə münasibətdə fiziki güç tətbiqi tamamilə qanuni və əsaslıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkarlıqla hərəkət ediblər”.

Siyasi şərhçi hesab edir ki, bu təxribat məqsədyönlü şəkildə hazırlnamış bir plandır:

“Birincisi, Prezident İlham Əliyevə qarşı Münhen Təhlükəsizlik Konfransında, ardınca Vaşinqtonda edilən hərəkətlərin bir mərkəzdən idarə olunduğu açıq-aydın görünür. Vaşinqton insidentinə ilk dəstəyin amerika ermənilərinin təşkilatı olan ANKA-dan və Azərbaycana qarşı düşmən mövqeyində olan konqresmen Frenk Pallonedən gəlməsi təsadüfi sayıla bilməz.

İkincisi, bir qədər əvvəl məlumat getdi ki, silahlı şəxs prezident Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına daxil olmağa çalışarkən ABŞ Məxfi Xidmətinin (bu xidmət bəzi digər funksiyalarla yanaşı, ABŞ Prezidentinin, onun ailəsinin və prezident iqamətgahlarının mühafizəsini təmin edir) əməkdaşları tərəfindən güllələnərək öldürülüb”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
6
olke.az

8Источники