RU

“Bolt”un sürücüsü müştərisinin kartından 5000 manat oğurladı

“Bolt” sürücüsü qonaq getdiyi evdə oğurluq edib. 
Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müştərisi taksi sürücüsü Seyhunu (şərti) evinə dəvət edib. Seyhun müştərisinin evində olarkən gizli şəkildə onun bank kartından 5000 manat pulu öz bank kartına köçürüb. Daha sonra isə evi tərk edib.
Müştəri olaydan xəbər tutduqda onunla əlaqə saxlayıb. Lakin Seyhun törətdiyi əməli boynuna almayıb və müştərisinə “sən mənə şər atrısan” deyib.  Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Seyhun saxlanlıb. Araşdırmalar zamanı müştərinin söylədikləri təsdiqini tapıb.
Seyhuna Cinayət Məcəlləsinin 177.2.3-1-ci (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan təbdiri seçilib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmişlə müştəri kimi tanış olub. Hadisə baş verən gün o zərərçəkmişə hal-əhval tutmaq üçün zəng vurub. Həmin şəxs onu evinə dəvət edib. Evdə olarkən zərərçəkmiş mətbəxə keçib. O da fürsətdən istifadə edərək həmin onun kartından öz kartına 5000 manat pul köçürüb.
Məhkəmə zamanı o da aydın olub ki, dəymiş ziyan ödənilib və tərəflər barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Seyhuna 3 il müddətinə azadlığın məhudlaşdırılması cəzası təyin edilib.
Избранный
19
3
yenicag.az

4Источники