RU

General oğlunun həbsi haqda yeni qərar

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

General Cəbrayıl Usubovun beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan oğlu Fərid Usubov məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, prokuror təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Binəqədi Rayon Məhkəməsi ibtidai istintaqın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq təqdimatı təmin edib.

Qərara əsasən, Fərid Usubovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, F.Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində işləyib. O, 2 ay əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

F.Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-mayor Cəbrayıl Usubovun oğludur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
24
icma.az

10Источники