RU

“Neftçi” etdi, indi növbə “Qarabağ”dadır…

style='margin-bottom:10px;'>

Bu gün “Neftçi” Futbol Klubu yaxşı bir təşəbbüs göstərərək stadionlarındakı böyük tribunalarından birinə Anatoli Banişevskinin adını verib. Onlar bu gün anadan olmasından 80 il ötən əfsanəvi futbolçunun xatirəsinə ehtiram olaraq bu addımı atıblar.

Hər bir klubumuz üçün müsbət nümunədir. 

Yeri gəlmişkən, “Qarabağ” Futbol Klubu da “Azərsun Arena”dakı tribunalardan birinə komandanın məşqçisi və kapitanı olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adını verməklə onun əziz xatirəsini əbədiləşdirmək, gələcək nəsillərə və əcnəbilərə tanıtmaq yolunda mühüm töhfə vermiş olar. Və ya arenada onunla bağlı xüsusi bir guşə yaratmaqla.

Qeyd olunmalıdır ki, bu il aprelin 22-də isə Allahverdi Bağırovun da 80 illiyidir. Həmin tarixə qədər bu işi həyata keçirmək şəhidimizin də ruhunu şad edərdi.

Yeri gəlmişlən, tribunalara ad vermək ənənəsi onilliklərdir mövcuddur. Məsələn, “Mançester Yunayted”in stadionunda Aleks Fergüson, “Arsenal”ın arenasında Arsen Vengerin adını daşıyan tribunalar var.

Gələcəkdə bəlkə bizdə də ənənəyə çevriləcək bu prosesin başlanması müsbət hadisədir.

Aydın Bağırov

Избранный
11
1
teleqraf.com

2Источники