RU

Tolik Səidəni hədələdi: Qanını yoxlatdırıb, içəri saldıracam Video

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür aparıcı Tarix Əliyev ilə müğənni Səidə Sultan arasında davam edən gərginlik Tiktok sosial şəbəkəsindəki canlı yayımda daha da artıb.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, xalq artisti Brilyant Dadaşovanın da iştirak etdiyi canlı yayımda tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı ağır ifadələr səsləndiriblər.

Belə ki, Tarix Əliyev müğənninin televiziya və aparıcılarla bağlı səsləndirdiyi tənqidlərə sərt reaksiya verərək, onu narkotik istifadə etməkdə ittiham edib:

“Bu ölkədə namusdan, qeyrətdən danışacaq ən axırıncı adamsan. Nənənin üstünə tüpürən adamsan, yadından çıxıb? Səhər səni polisə verib, qanını yoxlatdırıb, içəri saldıracağam".

Mübahisədən sonra Tarix Əliyev Səidə Sultanla bağlı polisə də şikayət edib.

Qeyd edək ki, sözügedən canlı yayımı təxminən 20 minə yaxın insan izləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
axar.az

6Источники