Bu ilin yanvar ayında ölkədə 402 ədəd minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 71,1 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, 2025-ci ilin dekabr ayına nisbətdə isə istehsal həcmində 31,1 faiz artım qeydə alınıb.
Bu ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 244 ədəd təşkil edib.