
“Kreml lideri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsinə başlayb. İndiki vəzifə onun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə BBC telekanalına verdiyi müsahibədə bildirib.
“Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasının dörd ili tamam olacaq. Müharibə on minlərlə ukraynalının həyatına son qoyub, milyonlarla insanı didərgin salıb və bir çox Ukrayna şəhər və kəndlərini dağıdıb”, - Zelenski qeyd edib.
“Buna görə də, mən inanıram ki, Putin artıq müharibəyə başlayıb. Yeganə sual onun nə qədər ərazi ələ keçirə biləcəyi və onun necə dayandırıla biləcəyidir”, - Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya öz sülhünü gətirmək və insanların həyatını istədiyi kimi dəyişdirmək istəyir.