RU

15 yaşı tamam olacaq oğlanların ilkin hərbi qeydiyyatı “mygov” vasitəsilə mümkün olacaq

Bakı. Trend:

Valideynlər 15 yaşı tamam olacaq oğlan övladlarını ilkin hərbiqeydiyyatdan keçirmək üçün “mygov” vasitəsilə müraciət göndərəbilərlər.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindənməlumat verilib.

Bildirilir ki, “mygov” platformasında daha bir yeni rəqəmsalxidmət istifadəyə verilib. Artıq 2026-cı ildə 15 yaşı tamam olacaqkişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması xidmətiplatformada əlçatandır. Xidmət vasitəsilə valideynlər övladlarınıilkin hərbi qeydiyyatdan keçirmək üçün müraciət göndərəbilərlər.

Xidmətin platformaya inteqrasiyası İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığınəticəsində həyata keçirilib.

Xidmətdən istifadə prosesi bir neçə mərhələdən ibarətdir. Bununüçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyniplatformanın “Xidmətlər” bölməsinə daxil olaraq “Hərbi”kateqoriyasını seçir və “İlkin hərbi qeydiyyat” xidmətinə keçir.Açılan səhifədə “Yeni müraciət” bölməsinə daxil olduqdan sonraekranda cari il üzrə 15 yaşı tamam olmuş övladın ad, soyad və ataadı göstərilən xanadan seçim edilir. Növbəti mərhələdə övladın qısatərcümeyi-halı sistemə daxil edilir. Orta təhsilini xarici ölkədəalan şəxslər üçün müvafiq arayışın əlavə edilməsi tələb olunur.Həmçinin əlaqə üçün mobil nömrə qeyd edilir və müraciəttəsdiqlənərək göndərilir.

Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladınıntibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur.Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olanvətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin strukturbölməsinin hərbi həkim komissiyasına əyani baxış üçünyaxınlaşmalıdır.

Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsikabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyəbilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdənsonra onlara bu barədə bildiriş göndərilir.
Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınmahaqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu prosesyalnız “mygov” platforması üzərindən aparılır.

Sözügedən xidmət həm my.gov.az veb portalı, həm də “mygov” mobil tətbiqiüzərindən əlçatandır.

Xatırladaq ki, “mygov” platforması vasitəsilə vətəndaşlara aidhərbi qeydiyyat, həqiqi hərbi xidmət, çağırışdan möhlət və digərhərbi məlumatlar da tam rəqəmsal formada təqdim olunur.

Избранный
18
9
az.trend.az

10Источники