RU

Zabratda 3 günlük su problemi bu gün həll ediləcək

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib.

Bu barədə Far.Az-in sorğusuba cavab olaraq ADSEA-dan məlumat verilib.

Bildirilib ki, qəza qeydə alınan gündən əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Hazırda da xətdə təmir və bərpa işləri istismar qaydalarına uyğun olaraq davam etdirilir.

"Təmir işlərinin gün sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. İşlər bitdikdən sonra suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi həyata keçiriləcək".

***10:14

Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində su xəttinin partlaması nəticəsində sakinlər 3 gündür susuz qalıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, su olmadığı üçün mənzillərdə kombilər işləmir, evlərdə soyuq şərait yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Избранный
16
far.az

1Источники