RU

Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır

Son vaxtlar Azərbaycanla yanaşı Rusiya və Almaniya idman mətbuatında müzakirə edilən adlarından biri də qadınlar ibarət milli komandamızın futbolçusu Nigar Mirzəliyevadır.

O, bu ilin yanvar ayının 24-də Rusiyanın "Zenit" klubundan Almaniya təmsilçisi "Hamburq"a transfer olunub. Bununla o, diqqətləri öz üzərinə cəlb edib. Rusiyalı həmkarlarımız bu transferi yerli çempionatlarının uğuru kimi qələmə verməyə çalışsalar da, əslində Nigarın əzmkarlığı və zəhmətkeşliyi bu məsələdə böyük rol oynayıb.

Azərbaycanın kişi və qadın futbolunun səviyyəsi göz önündədir. Lakin Mirzəliyeva bir neçə həmkarı ilə birlikdə legioner həyatı yaşamğa can atıb və orada çıxış edib. Kişi futbolçulardan fərqli olaraq onlar darıxmaq və geri qayıtmaq istəklərinin öhdəsindən gəliblər ki, bu da onların yolunu açan əsas amildir. Rusiyada isə heç kim Nigara qara qaşına, qara gözünə görə şans verməyib. O, həm də gücü və zəhməti ilə komandanın uğurlarında pay sahibi olub. Futbolçu “Zenit” forması ilə 45 oyuna çıxıb, iki dəfə Rusiya çempionu olub, həmçinin iki dəfə Rusiya Superkubokunu başı üzərinə qaldırıb. Üstəlik, üç qol da vurub.

Избранный
17
publika.az

1Источники