RU

Finlandiyalı siyasətçi Mema: NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır- ÖZƏL 

Finlandiyanın milli-mühafizəkar yönümlü Azadlıq Alyansı partiyasının üzvü Armando Mema hesab edir ki, Ukraynadakı münaqişənin davamlı və uzunmüddətli həlli üçün NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır.
Olaylar.az xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, "Ukraynada və Avropada möhkəm sülhə nail olmaq üçün NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır. Aİ liderləri yaxın illərdə deeskalasiya istiqamətində çalışmalı, NATO-nun Rusiyaya doğru bir qarış belə genişlənməyəcəyi ilə bağlı tarixi vədlərə əməl etməlidirlər".
Mema bildirib ki, alyansın daha da genişlənməsi "NATO-nun fəlakətli siyasətinin bədəlini avropalılara ağır şəkildə ödədə bilər". O, həmçinin Avropanın aktiv şəkildə silahlanmasını və Ukrayna ilə bağlı yürüdülən siyasəti tənqid edərək, bunun gələcək üçün mənfi siqnal olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники