“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.
MilliYol.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunub:
Caniyev İbrahim Mustafa oğluHüseynov Fuad Camal oğluXələfov Sadiq Miri oğluİsmayılov Tofiq Köçəri oğluQuliyev Emil Ehtiram oğluMəmmədəliyev Dadaş Şixməmməd oğluMəmmədov Ələsgər Ağamehdi oğluTalıbov Zəka Famil oğlu