RU

Hamı bu evlilik təklifindən DANIŞIR - VİDEO

Türkiyənin Bolu vilayətinə bağlı Mudurnu rayonunda maraqlı və qeyri-adi evlilik təklifi baş tutub.

Milli.Az xəbər verir ki, məlumata görə, ekskavator sürücüsü Tolqa Efe sevgilisi Əminə Ranaya həyatının ən önəmli sualını öz peşəsinə uyğun şəkildə ünvanlayıb. O, idarə etdiyi texnikanın üzərinə iri ölçülü gül buketi yerləşdirərək sürpriz hazırlayıb.

Sevgilisini bu formada qarşılayan Tolqanın jesti ətrafdakıların da diqqətini çəkib. Gözlənilməz mənzərə qarşısında duyğulanan Əminə isə təklifə müsbət cavab verib.

Qeyri-adi evlilik təklifi qısa zamanda sosial şəbəkələrdə yayılaraq maraqla qarşılanıb.

Musa
Milli.Az

Избранный
4
2
milli.az

3Источники