RU

Prezident İlham Əliyev Yaponiyanın İmperatoruna təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanınİmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizivə Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqıadından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdanməmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, alifəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daimfiravanlıq və rifah diləyirəm".

Избранный
13
13
az.trend.az

10Источники