RU

Avtomobil qəzası baş verdikdə sürücülər nə etməlidir?

Bakı. Trend:

Avtomobili olan istənilən sürücünü ən çox maraqlandıransuallardan biri də qəza zamanı nə etməli olduğudur. Həyəcan,stress, qəza səbəbilə yaranan tıxac…Qəza zamanı nə etməliolduğunuzu öncədən bilməyiniz qəza anında daha təmkinlidavranmağınıza kömək edəcək.

Bəs belə hallarda nə etməliyik?

Qəzada xəsarət alan şəxslər varsa, ilkin olaraq Təcili TibbiYardıma məlumat verməyiniz çox vacibdir.

Qəza hadisəsinin rəsmi sənədləşdirilməsi üçün 102 nömrəsinə zəngedərək Yol Patrul

Xidmətinin əməkdaşlarına məlumat verməlisiniz. Hadisə yerinəyaxınlaşan polis əməkdaşı tərəfindən tərtib olunan sənədlər sonrakıaraşdırma və sığorta qiymətləndirilməsində vacib rol oynayır.

Növbəti addımda siz öz sığorta şirkətinizə zəng vuraraq hadisəhaqqında məlumat verməlisiniz. Əgər avtomobilin hansı şirkətdəsığortalandığını bilmirsiniz və ya unutmusunuzsa, 9707 qısanömrəsinə dövlət qeydiyyat nişanı nömrəsini göndərməklə şirkətadını öyrənə bilərsiniz.

Qəza hadisəsinin düzgün qiymətləndirilməsi üçün tövsiyə olunurki, sığorta nümayəndəsi və ya yol polisi hadisəyə baxış keçirmədənavtomobilin yerini dəyişməyəsiniz. Lakin, əlavə qəza riski varsa,yaxud yol hərəkətinə maneə yaranırsa, avtomobilin yeri dəyişiləbilər.

Yaxşı bəs sığorta ödənişini almaq yaxud maşını təmir etdirməküçün sığorta şirkətinə hansı sənədlər təqdim olunmalıdır?

• Sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi,

• Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texnikipasport),

• DYP tərəfindən verilmiş sənədlər,

• Hadisə ilə bağlı qarşı tərəfə aid zəruri sənədlər.

Unutmayaq ki, icbari sığorta yalnız yol-nəqliyyat hadisəsinəticəsində avtomobili zərər görmüş şəxsin xərclərini qarşılayır.Yəni, qəza zamanı günah sizdədirsə, sizə dəyən zərər icbari sığortatərəfindən qarşılanmayacaq.

Qəza zamanı maddi zərər çəkməmək üçün günahın kimdə olmasındanasılı olmayaraq avtomobilinizə dəyən zərəri ödəyən Tam KASKOsığortası əldə edə bilərsiniz.

PAŞA Sığortanın təklif etdiyi Tam KASKO sığortası avtonəqliyyathadisəsi, atılmış və düşmüş əşya, iribuynuzlu heyvanların hərəkətinəticəsində, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbiifəlakətlər zamanı avtomobilinizə dəyən zərəri qarşılayır. Bu zamansiz ödəniş almaq istəmədəyiniz zaman, avtomobilinizi ya rəsmi, yada qeyri-rəsmi servisdə təmir etdirmək imkanına sahibolacaqsınız.

Ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti iləəlaqə saxlaya və ya https://pasha-insurance.az/az/avtomobilin-tam-kasko-sigortasilinki vasitəsilə müraciət edə bilərsiniz.

Məqalədə:
Избранный
14
2
az.trend.az

3Источники