RU

Nepalda avtobus çaya düşüb - 18 nəfər ölüb

Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb.

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qəza gecə saatlarında Pokhara–Kathmandu marşrutu üzrə hərəkət edən avtobusun Trişuli çayına düşməsi ilə baş verib. Qəzanın səbəbi araşdırılır.

Hadisə yerinə hərbçilər və polis cəlb olunub, xilasetmə işləri davam etdirilir.

Seyranə Quliyeva

Missiya.Az

Избранный
23
missiya.az

1Источники