RU

Lider dəyişmədi: Kim yenidən seçildi

Şimali Koreyanın dövlət mediası hakim Əmək Partiyasının Kim Çen Inın yenidən baş katib seçdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı dövlət xəbər agentliyi "Korean Central News Agency" (KCNA) yazıb Bildirilib ki, Kimin rəhbərliyi altında Şimali Koreya nüvə qüvvələrini mərkəzə alaraq “müharibə çəkindiriciliyini əsaslı şəkildə gücləndirib.

Uzun illərdir tətbiq olunan beynəlxalq sanksiyalara baxmayaraq, Pxenyan rəhbərliyi nüvə potensialını artırmağa və qadağan olunmuş qitələrarası ballistik raketləri sınaqdan keçirməyə davam edib. Lakin rejimin qapalı xarakteri hərbi sahədə əldə olunan irəliləyişin tam qiymətləndirilməsini çətinləşdirir.

2011-ci ildə atasının ölümündən sonra hakimiyyəti ələ alan Kim, nüvə silah proqramına böyük sərmayələr yatıraraq Şimali Koreyanı Qərb və xüsusilə ABŞ üçün daha ciddi sınağa çevirib.

Qurultayın dördüncü günündə ölkənin silah proqramının növbəti mərhələsinin açıqlanacağı gözlənilir. Qurultay ərəfəsində Pxenyan nüvə qabiliyyətinə malik olduğu bildirilən yeni raket buraxılış sistemlərini ictimaiyyətə təqdim etmişdi.

Избранный
14
1
cebheinfo.az

2Источники