RU

Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO

Bu günə qədər izlədiyiniz bütün fantastik filmləri unudun. Çünki artıq “onlar” haqqında sadəcə qəsd nəzəriyyəçiləri deyil, dünyanın ən güclü dövlətinin rəhbərləri danışır. Bəşəriyyət tarixi bir dönəmin astanasındadır: Yadplanetlilər və UFO-lar haqqında onilliklərdir gizli saxlanılan arxivlərin üstü açılır. Donald Trampın son qərarı dünyanı ayağa qaldırdı.

Bəs o qovluqlarda nə gizlənir? 

Gəlin, hadisələrin pərdəarxasına birlikdə baxaq.

Hər şey keçmiş prezident Barak Obamanın podkast aparıcısı Brayan Tayler Kohenə verdiyi müsahibə ilə başladı. Obama sanki illərdir içində saxladığı bir sirri bölüşürmüş kimi, yadplanetlilərin varlığını təsdiqləyən o ifadələri işlədir: “Yadplanetlilər realdırlar, amma mən onları görməmişəm. Onlar 51-ci Zonada saxlanılmırlar”.

Medianın diqqətindən qaçmayan bu açıqlama bir sualı doğurdu: Əgər Obama bunu bilirdisə, Ağ Evin digər sakinləri nəyi gizlədir?

Və gözlənilən an gəldi. ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabından bütün dünyada şok effekti yaradan o paylaşımı edir. Tramp ölkə tarixində ən çox maraq doğuran mövzuya – yerdənkənar həyata nöqtə qoymağa hazırlaşır. O, Müharibə Katibinə (Müdafiə Naziri) və bütün müvafiq departamentlərə qəti bir göstəriş verir:

“Yadplanetlilər, naməlum hava hadisələri və UFO-larla bağlı bütün hökumət faylları müəyyən edilsin və dərhal dərc olunma prosesinə başlansın”.

Tramp bu məsələni sadə bir maraq deyil, “son dərəcə mürəkkəb, lakin olduqca vacib” bir məsələ adlandırdı. Yazısını isə bir cümlə ilə bitirdi: “Tanrı Amerikanı qorusun!”

İndi hamını tək bir sual düşündürür: O qovluqlarda nə var?

Bəs, UFO-lar həqiqətən varmı?

Bu sualın cavabını heç kim tam olaraq bilmir. Lakin UFO adlandırdığımız obyektlər əslində tamamilə fərqli cisimlər ola bilər. Məsələn, sənaye məqsədilə istifadə olunan neylon torbalar, gizli sınaqlar və ya izahı hələ tapılmamış bir çox hadisələr.

Ümumiyyətlə yadplanetlilər əfsanəsi 1947-ci ilin iyulunda ABŞ-nin Yeni Mexiko əyalətində baş vermiş hadisələrlə bağlı yaranıb. Bir fermada tapılan qəribə metal parçaların formasını dəyişdikdən sonra yenidən əvvəlki vəziyyətinə qayıtması sakinləri şoka salmış, onlar hadisəni yerli təhlükəsizlik orqanlarına və ABŞ Hava Qüvvələrinə xəbər vermişdilər. Hadisə ilə bağlı əməliyyat-araşdırma qrupu yaradan Cess Marsel bu materialların Yer kürəsi xaricindən gəlmiş ola biləcəyi ehtimalını irəli sürən ilk insan olub.

Eyni il Kenned Arnold adlı sakin göl üzərində uçan dairəvi nəsnələr gördüyünü bildirib. Bu, UFO əfsanəsinin başlanğıcı sayılır. Amerika Ordusu əvvəl xəbəri təsdiqləsə də, sonradan obyektlərin meteoroloji şar olduğunu açıqlayıb.

Bu hadisənin əsl tarixi isə tam başqa imiş. Bu günümüzə qədər populyarlığını itirməyən yadplanetlilər əfsanəsi və ona aid fotolar 1995-ci ildə yayımlanan bir televiziya proqramının planladığı oyundan ibarətmiş. Proqram o dövrdə məşhur olan əfsanələrin populyarlığından faydalanaraq belə bir yola əl atıbmış. Buna baxmayaraq, hələ də yadplanetlilərin mövcudluğuna inananlar az deyil.

Həmidə İbrahimova

Избранный
11
1
olke.az

2Источники