İngiltərə Premyer Liqasının 27-ci turundan sonra 4 futbolçu sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İrqçi mesajlar alan oyunçular Uesli Fofana (“Çelsi”), Hannibal Mejbri (“Bernli”), Tolu Arokodare (“Vulverhempton”) və* Romen Mandldir (“Sanderlend”).
Fofana və Mejbri fevralın 21-də “Stemford Bric”də keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra şəxsi mesajlarına göndərilən irqçi təhqirləri paylaşıblar.
Arokodare “Kristal Pelas”a qarşı oyunda (0:1) penalti zərbəsini qaçırdıqdan sonra təhqirlərə məruz qalıb. Mandl isə “Fulhem”lə oyundan (1:3) sonra internetdə iyrənc irqçi təhqirlərə məruz qaldığını bildirib.