RU

Qreypfrutun qabığının faydaları

Qreypfrut təkcə şirəli və vitaminlə zəngin meyvə kimi deyil, həm də qabığı ilə faydalı hesab olunur.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bir çox insanın tulladığı qreypfrut qabığı əslində sağlamlıq üçün dəyərli maddələrlə zəngindir.

Qreypfrut qabığında yüksək miqdarda C vitamini, antioksidantlar və flavonoidlər mövcuddur. Bu maddələr immun sisteminin güclənməsinə, orqanizmin infeksiyalara qarşı müqavimətinin artmasına kömək edə bilər. Antioksidant xüsusiyyətləri sayəsində hüceyrələrin zədələnməsinin qarşısını almaqda da rol oynayır.

Həmçinin qabığın tərkibində olan efir yağları həzm sisteminə müsbət təsir göstərə bilər. Qurudulmuş və ya rəndələnmiş qabıq çaylara əlavə edildikdə köp, həzm pozğunluğu və iştahasızlıq kimi problemlərin azalmasına kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, qreypfrut qabığı dəri baxımında da istifadə olunur. Tərkibindəki maddələr dərinin təmizlənməsinə, yağ balansının tənzimlənməsinə və daha parlaq görünməsinə dəstək verə bilər.

Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, sitrus meyvələrinin qabığı pestisid qalıqları daşıya bilər. Bu səbəbdən istifadədən əvvəl meyvə yaxşıca yuyulmalı və mümkün qədər təbii, kimyəvi maddələrsiz məhsullara üstünlük verilməlidir.

Qeyd edək ki, qreypfrut və onun qabığı bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Xüsusilə ürək, təzyiq və ya xolesterin dərmanları qəbul edən şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Избранный
3
2
konkret.az

10Источники