RU

Qış Olimpiya Oyunları başa çatıb

İtaliyanın Milan və Kortina şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.

Yarışın təntənəli bağlanış mərasimi "Arena di Verona" stadionunda baş tutub.

Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub. Slalom növündə Anastasiya Papatoma 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.

Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb.

Medal sıralamasında Norveç birinci olub. İkinci pillədə ABŞ qərarlaşıb. İlk üçlüyü Niderland tamamlayıb.

Избранный
7
12
anews.az

10Источники